AİB-nin Azərbaycana birbaşa xarici investisiyaları 7,355 milyon dollar olub

AİB-nin Azərbaycana birbaşa xarici investisiyaları 7,355 milyon dollar olub

BANK
232

2025-ci ildə Asiya İnkişaf Bankı Azərbaycana birbaşa xarici investisiyaların həcmi 7,355 milyon ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 14,081 milyon dollar və ya 2,9 dəfə azalma deməkdir.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində AİB-nin payı 0,1% olub. 2024-cü ildə Asiya İnkişaf Bankından Azərbaycana birbaşa investisiyalar 21,436 milyon dollar təşkil etmişdi.

Ümumilikdə isə 2025-ci ildə Azərbaycan iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dolları olub ki, bu da 2024-cü illə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir. Eyni zamanda, həmin il Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü göstərici ilə müqayisədə 765,4 milyon dollar və ya 43,4% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AİB-nin Azərbaycana birbaşa xarici investisiyaları 7,355 milyon dollar olub — Fins.az — Fins.az