"AG Bank” və “NBC Bank”-dakı sığortalı əmanətlər  necə qaytarılacaq?-RƏSMİ

"AG Bank” və “NBC Bank”-dakı sığortalı əmanətlər necə qaytarılacaq?-RƏSMİ

BANK
1,240

Məhkəmə qərarlarına əsasən Əmanətlərin Sığortalanması Fondu “NBC Bank” ASC və “AG Bank” ASC-nin ləğvedicisi təyin edilib

Fins.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayımlayıb

Məlumata görə,Əmanətlərin Sığortalanması Fondu bildirir ki, “AG Bank” ASC və “NBC Bank” ASC-də yerləşdirilən sığortalı əmanətlər Fond tərəfindən qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacaqdır.

Əlavə olaraq Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3 (103)-131/2020 saylı qərarı ilə “NBC Bank” ASC, 14 may 2020-ci il tarixli 2-3 (103)-132/2020 saylı qərarı ilə isə “AG Bank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Məhkəmə qərarlarına əsasən Əmanətlərin Sığortalanması Fondu “NBC Bank” ASC və “AG Bank” ASC-nin ləğvedicisi təyin edilmişdir.

Qeyd edək ki,Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilmişdir.

Əmanətlərin qaytarılması üçün sənəd qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...