
“AccessBank”ın bu xidmətləri də onlayn rejimə keçiriləcək
“AccessBank”ın müştəriləri onlayn bankinq və MyAccess tətbiqindən istifadə edərək, bankın təklif etdiyi xidmətlərdən 24/7 yararlana bilərlər.
Fins.az xəbər verir ki, bu barədə bankın mətbuat xidməti məlumat verib
Məlumatda bildilir ki, Vətəndaşlar evdən çıxmadan istifadə edə biləcəyi xidmətlərə “AccessBank”ın hesablararası və kartdan karta köçürmələr, həmçinin kommunal ödənişlər təklif olunan xidmətlərə daxildir.
Eyni zmanda qeyd edilir ki, hazırda onlayn xidmət göstərən platformalarımızın təkmilləşdirilməsi prosesi gedir. Yaxın zamanlara qədər yalnız filiallarda təklif olunan xidmətlərin də onlayn rejimə keçirilməsi planlaşdırılır
Müəllif: Aynur Qəniyeva