ABB kartları ilə dəmir yolunda aylıq 200 min ödəniş həyata keçirilir - Abbas İbrahimov

ABB kartları ilə dəmir yolunda aylıq 200 min ödəniş həyata keçirilir - Abbas İbrahimov

BANK
764

Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə “Azərbaycan Dəmir Yolları” arasında əməkdaşlıq çərçivəsində sərnişinlərin gedişhaqqını bank kartları ilə ödəməsi artıq stabil bir praktika halını alıb. Hazırda hər ay təqribən 200 min keçid bu üsulla həyata keçirilir.

Finss.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Abbas İbrahimov ABB-nin dayanıqlılıq hesabatına dair keçirilən mətbuat konfransında danışıb.

“ABB kartlarının digər ictimai nəqliyyat vasitələrində də tətbiqi ilə bağlı aidiyyəti qurumlara təkliflərimizi təqdim etmişik. Müsbət rəy aldığımız halda bu xidmətləri genişləndirəcəyik,” – deyə A.İbrahimov bildirib.

ABB rəhbəri əlavə edib ki, bu texnoloji inteqrasiya bankın rəqəmsallaşma strategiyasının bir hissəsidir və istifadəçi rahatlığını ön planda saxlayan yanaşma ilə həyata keçirilir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABB kartları ilə dəmir yolunda aylıq 200 min ödəniş həyata keçirilir - Abbas İbrahimov — Fins.az — Fins.az