ABA-nın “Ən fəal ekspert qrupu” seçilib

ABA-nın “Ən fəal ekspert qrupu” seçilib  

BANK
1,336

28 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Yığıncaq zamanı, həmçinin Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları - 2022” adlı tədbiri də baş tutmuşdur.

Fins.az-a verilən məlumata görə “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” Ekspert Qrupu “Ən fəal ekspert qrupu” nominasiyası üzrə I yerə layiq görülmüşdür.

2022-ci il üçün “Ən fəal ekspert qrupu” nominasiyası üzrə Ekspert Qruplarının qiymətləndirilməsi:

  • “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” Ekspert Qrupu-I yer
  • “Hüquqi məsələlər üzrə” Ekspert Qrupu-II yer
  • “Kredit işi üzrə” Ekspert Qrupu-III yer

Həmçinin “Fəal ekspert qrupu” nominasiyasına “Risklərin idarə edilməsi üzrə” və “Mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupları layiq görülmüşdür.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABA-nın “Ən fəal ekspert qrupu” seçilib — Fins.az — Fins.az