
15% dəyərdən düşüb, məzənnə 7 səviyyəsini gördü
Dollar/TL məzənnəsi Çərşənbə günü axşamı Nyu York seansında 7.0077 səviyyəsini görüb. Fins.az xəbər verir ki, bu, 2018-ci ilin Avqust ayından bəri ən yüksək səviyyədir.
Məzənnə 7 səviyyəsinin üzərində qala bilmədi və geriləyərək 6.97 səviyyələrinədək düşüb. Bakı vaxtı ilə saat 09:26-da məzənnə 6.9785 səviyyəsində olub.
Türk Lirəsi 2020-ci ilin əvvəlindən bu yana dollar qarşısında 15% dəyər itirib və Bloomberg-in izlədiyi 24 inkişaf edən ölkə valyutası arasında ən çox ucuzlaşan altıncı pul vahididir.
Dollar/TL tarixinin ən yüksək səviyyəsinə 7.2362 ilə 2018-ci ildə çatıb.