Yenilənmiş Volkswagen Caddy tam təqdim olunub, qiymətləri açıqlanıb

Yenilənmiş Volkswagen Caddy tam təqdim olunub, qiymətləri açıqlanıb

AVTO
138

Fins.az - Yenilənmiş Volkswagen Caddy modelinin bütün texniki və dizayn xüsusiyyətləri açıqlanıb, eyni zamanda satış qiymətləri də məlum olub.

Məlumata görə, Avropada markanın rəsmi dilerləri 2026-cı il iyunun 10-dan etibarən model üçün sifariş qəbul etməyə başlayıblar.

Volkswagen Caddy ilk dəfə 1980-ci ildə istehsal olunub. Hazırda satışda olan nəsil 2020-ci ildə təqdim edilib, model 2024-cü ildə ilk yenilənməni alıb.

İkinci restaylinq versiyası bu ilin yazında anons edilmişdi. İndi isə avtomobil tam şəkildə təqdim olunub.

Yenilənmiş modeldə xarici görünüş, avadanlıq səviyyəsi və texnoloji imkanlar təkmilləşdirilib.

Yeni Volkswagen Caddy həm yük daşımaları üçün furqon, həm də sərnişin daşımaları üçün miniven versiyalarında təklif olunacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yenilənmiş Volkswagen Caddy tam təqdim olunub, qiymətləri açıqlanıb — Fins.az — Fins.az