
Yenilənmiş Kia Niro ABŞ bazarında satışa çıxarılır
Fins.az - Yenilənmiş Kia Niro krossoveri ABŞ bazarı üçün təqdim olunub və satışlarına cari yayın sonunadək başlanılması planlaşdırılır.
ABŞ-da model yalnız HEV hibrid güc qurğusu ilə təklif ediləcək. Elektrikli və plug-in hibrid versiyalar isə satışa çıxarılmayacaq. Kia Niro ilk dəfə 2016-cı ildə təqdim edilib, ikinci nəsli isə 2021-ci ildə debüt edib. Modelin yenilənmiş versiyası bu ilin əvvəlində təqdim olunaraq əvvəlcə Cənubi Koreya və Avropa bazarlarında satışa çıxarılıb.