Yenilənmiş Jeep Avenger krossoveri ilk dəfə təqdim olunub

Yenilənmiş Jeep Avenger krossoveri ilk dəfə təqdim olunub

AVTO
301

Fins.az - Yenilənmiş Jeep Avenger krossoverinin ilk görüntüləri təqdim edilib. Model Braziliya bazarı üçün nümayiş olunub və avtomobilin fotoları Rio-de-Janeyroda çəkilib.

Avropada 2023-cü ildən satışda olan model üçün bu dəyişikliklər planlı yenilənmə hesab olunur. Lakin Cənubi Amerika bazarında, o cümlədən Braziliyada Avenger tamamilə yeni model kimi təqdim edilir və dərhal yenilənmiş versiyada satışa çıxarılır.

Məlumata görə, yenilənmiş dizayn həm Avropa, həm də digər bazarlar üçün oxşar olacaq. Tezliklə modelin tam rəsmi təqdimatının keçirilməsi gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yenilənmiş Jeep Avenger krossoveri ilk dəfə təqdim olunub — Fins.az — Fins.az