
Yenilənmiş BMW X1-in restaylinqi ilk dəfə görünüb
Fins.az - BMW-nin ən kompakt krossoveri olan X1 modelinin yenilənmiş versiyasının ilk casus fotoları internetdə yayımlanıb.
Hazırda istehsalda olan üçüncü nəsil BMW X1 U11 2022-ci ildə təqdim olunub və indi planlı restaylinq mərhələsinə yaxınlaşıb.
Yeni görüntülərə əsasən, modelin xarici dizaynında ciddi dəyişikliklər gözlənilir.
BMW X1 ilk dəfə 2009-cu ildə debüt edib və o vaxtdan bəri model bir neçə nəsil dəyişiklikdən keçərək şirkətin ən populyar krossoverlərindən birinə çevrilib.