Yenilənmiş BMW 7 Series təqdim edilib

Yenilənmiş BMW 7 Series təqdim edilib

AVTO
317

Fins.az - BMW şirkəti Pekin avtosalonunun açılışı ərəfəsində 7 Series modelinin yenilənmiş versiyasını təqdim edib. G70 nəsli üzərində qurulan flaqman sedan həm benzin, həm hibrid, həm də tam elektrik (BMW i7) versiyalarında təklif olunur.

Yenilənmiş modelin əsas dəyişiklikləri interyer dizaynında özünü göstərir. Salon daha müasir və texnoloji üslubda yenilənib, komfort və rəqəmsal imkanlar artırılıb.

Avtomobilin Almaniyada satışları iyul ayında başlayacaq. Model Bavariyada, Dingolfing zavodunda istehsal olunur.

Qeyd edilir ki, Çin bazarında BMW 7 Series yerli premium modellərlə rəqabət aparmaqda çətinlik çəkir, buna görə də əsas diqqət Avropa bazarına yönəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yenilənmiş BMW 7 Series təqdim edilib — Fins.az — Fins.az