
Yeni nəsil Mitsubishi Pajero premyeradan əvvəl nümayiş etdirilib
Fins.az - Mitsubishi şirkəti yeni nəsil Pajero yolsuzluq avtomobilinə marağı artırmaq üçün modelin yeni tizerlərini yayımlayıb. Avtomobilin rəsmi təqdimatı bu ilin payızına planlaşdırılıb.
Şirkət bu dəfə yeni Pajero-nun rəqəmsal cihazlar panelini nümayiş etdirib. Bundan əlavə, internetdə yayımlanan videoda avtomobilin kamuflyajsız şəkildə marka həvəskarlarına təqdim olunduğu əks olunub.
Mitsubishi Pajero modelinin yenidən istehsal olunacağı ilk dəfə may ayının sonunda rəsmi şəkildə elan edilmişdi.
Qeyd edək ki, Pajero modelinin ilk nəsli 1982-ci ildə satışa çıxarılıb. Dördüncü nəsil isə 2006–2021-ci illərdə istehsal olunub və bəzi bazarlarda Montero və Shogun adları ilə satılıb.