Yeni Kia Carens 7 yerlik ailə avtomobili kimi təqdim edilir

Yeni Kia Carens 7 yerlik ailə avtomobili kimi təqdim edilir

AVTO
258

Fins.azYeni Kia Carens modeli Azərbaycanda 42 900 manatdan başlayan qiymətlərlə satışa təqdim olunub.

Şirkətin məlumatına görə, 7 yerlik ailə avtomobili Comfort və Luxe komplektasiyalarında təklif olunur və 1,5 litrlik benzin mühərriki, CVT transmissiyası, zəngin təhlükəsizlik sistemləri və müasir texnologiyalarla təchiz edilib.

Məlumata əsasən, model 5 il və ya 150 min kilometr zəmanətlə təqdim edilir. Avtomobil ABS, ESC, 6 hava yastığı, arxa görüntü kamerası, parklama sensorları və digər təhlükəsizlik sistemləri ilə yanaşı, Luxe komplektasiyasında zolağa nəzarət, frontal toqquşmadan qoruma, gizli zonaya nəzarət, BOSE audio sistemi və digər premium avadanlıqlarla təklif olunur. Şirkət həmçinin model üçün müxtəlif müddətlər üzrə kredit imkanlarının mövcud olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni Kia Carens 7 yerlik ailə avtomobili kimi təqdim edilir — Fins.az — Fins.az