Yeni Chevrolet Sonic krossoverinin interyeri və satış tarixi açıqlanıb

Yeni Chevrolet Sonic krossoverinin interyeri və satış tarixi açıqlanıb

AVTO
438

Fins.az - General Motors yeni Chevrolet Sonic krossoverinə marağı artırmaqda davam edir. Artıq Braziliyada istehsalına başlanılan modelin interyeri rəsmi şəkildə təqdim olunub.

Beşqapılı krossoverin salonu müasir dizayn və funksionallıqla seçilir. Şirkət həmçinin model üçün nəzərdə tutulan əlavə aksessuarlar haqqında da məlumat verib.

Avtomobilin satışlarına 7 may tarixindən etibarən start veriləcək. Həmin vaxt modelin texniki xüsusiyyətləri və qiymətləri də açıqlanacaq.

Qeyd edək ki, əvvəllər Chevrolet Sonic adı ilə bəzi bazarlarda hetçbek və sedan modellər təqdim olunurdu və onlar Chevrolet Aveo kimi tanınırdı. Yeni Sonic isə Chevrolet Onix hetçbekinin platforması əsasında hazırlanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni Chevrolet Sonic krossoverinin interyeri və satış tarixi açıqlanıb — Fins.az — Fins.az