
Yeni BMW X5 M modeli hazırlanır
Fins.az - BMW X5 M modelinin yeni nəsli üzərində işlərini davam etdirir.
X5 modelinin tarixi 1999-cu ildə başlayıb, tam hüquqlu M versiyası isə ikinci nəsildə təqdim olunub. Hazırkı dördüncü nəsil BMW X5 M 2019-cu ildə debüt edib, 2023-cü ildə isə yenilənib. Yeni nəsil modelin daha müasir texnologiyalar, təkmilləşdirilmiş güc aqreqatları və yenilənmiş dizaynla təqdim ediləcəyi gözlənilir.