
Yeni BMW i3 sedanı xüsusi “First Edition” versiyası ilə satışa çıxarılıb
Fins.az - BMW yeni tam elektrikli i3 sedanını xüsusi “First Edition” versiyasında satışa çıxarıb.
Model üçün sifarişlərin qəbulu artıq Avropa bazarında başlayıb.
Almaniyada “First Edition” versiyasının başlanğıc qiyməti 75 340 avro təşkil edir.
Yeni BMW i3 sedanının təqdimatı 2026-cı ilin mart ayında baş tutub. Bu ad daha əvvəl də markanın elektrik modellərində istifadə olunub, lakin hazırkı i3 tamamilə yeni nəsil elektromobil kimi təqdim edilir.