Xiaomi SkyNomad N90 və N70 krossoverlərini təqdim etməyə hazırlaşır

Xiaomi SkyNomad N90 və N70 krossoverlərini təqdim etməyə hazırlaşır

AVTO
163

Fins.az - Xiaomi yaxın vaxtlarda yeni SkyNomad model xəttinin ilk nümayəndəsi olan N90 böyük krossoverini təqdim edəcək. Model geniş salonu, çevik transformasiya imkanları və rəqiblərlə müqayisədə daha münasib qiyməti ilə seçiləcək.

Şirkət eyni zamanda SkyNomad N90 modelinin qısaldılmış versiyası olan N70 krossoverini də təqdim etməyi planlaşdırır.

Xiaomi-nin təsisçisi Ley Tsyun bildirib ki, SkyNomad ayrıca brend deyil, Xiaomi daxilində yeni avtomobil xəttidir. Onun sözlərinə görə, mövcud SU7YU7 modelləri əsasən sürücüyə yönəlib, SkyNomad ailəsi isə sərnişin rahatlığına və salonun daha funksional istifadəsinə üstünlük verəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xiaomi SkyNomad N90 və N70 krossoverlərini təqdim etməyə hazırlaşır — Fins.az — Fins.az