
Wey V9X krossoveri Rusiya bazarına çıxmağa hazırlaşır
Fins.az - Wey V9X modelinin 2026-cı ilin dördüncü rübündə Rusiya bazarında satışa çıxarılması planlaşdırılır.
Lüks SUV Great Wall Motor konserninin premium markası olan Wey xəttinə daxildir.
Model ilk dəfə 2026-cı ilin fevralında anons olunub, tam təqdimatı isə aprelin ortalarında keçirilib. Həmin vaxt avtomobilin komplektasiyaları və qiymətləri açıqlanıb, Çində sifarişlərin qəbulu başlanıb.
Wey V9X markanın model sıralamasında Wey Lanshan / Wey 07-ni geridə qoyaraq flaqman SUV statusunu əldə edib.
Şirkət daha əvvəl yeni modelin Rusiya bazarına da çıxarılacağını təsdiqləmişdi.