
Vyetnamın VinFast VF 8 krossoveri yeni nəslə keçib
Fins.az - VinFast şirkəti VinFast VF 8 modelinin ikinci nəslini rəsmi şəkildə təqdim edib.
Yenilənmiş krossover həm xarici görünüş, həm də interyer baxımından ciddi dəyişikliklər əldə edib. Modelin texniki hissəsi də tamamilə yenilənib.
Şirkət artıq Vyetnam bazarında sifarişlərin qəbuluna başlayıb. İlk avtomobillərin müştərilərə çatdırılması yay aylarında nəzərdə tutulur.
VinFast markası 2017-ci ildə vyetnamlı milyarder tərəfindən yaradılıb. Şirkət əvvəlcə daxiliyanma mühərrikli modellər istehsal etsə də, 2022-ci ildən etibarən tam elektrik avtomobillərinə keçid edib.
Hazırda markanın əsas elektromobil xətti VF seriyası hesab olunur və VF 8 modeli bu seriyada ilk tammiqyaslı yenilənmə alan avtomobil olub.