Volkswagen ABŞ-da ID.4 modelinin istehsalını dayandırır

Volkswagen ABŞ-da ID.4 modelinin istehsalını dayandırır

AVTO
311

Fins.az - Volkswagen şirkəti ABŞ-da ID.4 elektrik krossoverinin istehsalını dayandırmaq qərarına gəlib.

Məlumata görə, model gələcəkdə yenilənmiş versiyada və yeni ad – ID. Tiguan kimi yenidən bazara qayıdacaq. ID.4 modeli ilk dəfə 2020-ci ildə təqdim olunub və MEB platforması əsasında hazırlanıb.

Avtomobilin istehsalı Almaniyada (Emden və Zvikkau), Çində (SAIC-VW və FAW-VW müəssisələri), eləcə də ABŞ-da Tennessi ştatının Çattanuqa şəhərində həyata keçirilirdi.

Qeyd edək ki, model ABŞ bazarında yaxşı satış nəticələri göstərib. 2025-ci ildə burada 22 373 ədəd ID.4 satılıb ki, bu da əvvəlki illə müqayisədə 31,4% çoxdur.

Şirkətin qərarı model sırasının yenilənməsi və yeni Atlas modelinə diqqətin artırılması ilə əlaqələndirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Volkswagen ABŞ-da ID.4 modelinin istehsalını dayandırır — Fins.az — Fins.az