
Volga K50 krossoverinin satışına yayda start veriləcək
Fins.az - Rusiyanın Volga avtomobil brendi flaqman modeli olan K50 krossoverinin satışına 2026-cı ilin yayında başlamağı planlaşdırır. Modelin istehsalı Nijni Novqorod avtomobil zavodunda lokallaşdırılıb və avtomobil rəsmi dilerlər vasitəsilə satışa çıxarılacaq.
Volga K50 4770 mm uzunluğa, 1895 mm enə və 2845 mm təkər bazasına malikdir. Krossover 2 litrlik, 238 at gücündə benzin turbo mühərriki, tam ötürücü sistemi və səkkizpilləli avtomatik transmissiya ilə təchiz olunub.
Məlumatlara görə, bu modelin prototipi kimi Geely Monjaro krossoveri çıxış edib. Həmin model 2025-ci ildə Rusiya bazarında ən çox satılan yeni minik avtomobilləri arasında ilk beşliyə daxil olub.