"Toyota" avtomobillərinin satışı rekord səviyyəyə çatıb

"Toyota" avtomobillərinin satışı rekord səviyyəyə çatıb

AVTO
777

Yaponiyanın aparıcı konserni "Toyota"nın fevral ayında dünya üzrə satışı 773,2 min avtomobil təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,3% çoxdur.

Fins.az xəbər verir ki, bu barədə şirkətin yaydığı hesabatda deyilir.

Eyni zamanda, fevral ayının satış göstəricisi korporasiyanın tarixində rekord səviyyədir. Hesabat dövründə şirkətin avtomobil istehsal isə 2% artaraq 755 min ədədə çatıb.

Yaponiya bazarında "Toyota" 155,8 min yeni avtomobil satıb ki, bu da ötən ilin fevral ayı ilə müqayisədə 53,2% çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Toyota" avtomobillərinin satışı rekord səviyyəyə çatıb — Fins.az — Fins.az