Tata Sierra elektrik krossoveri tam ötürücü sistemlə satışa çıxarılıb

Tata Sierra elektrik krossoveri tam ötürücü sistemlə satışa çıxarılıb

AVTO
175

Fins.az - Hindistanın Tata Motors şirkəti Sierra modelinin tam elektrik versiyasını satışa çıxarıb.

Yeni Tata Sierra EV arxa ötürücülü və iki elektrik mühərrikli tam ötürücülü versiyalarda təqdim olunur. Alıcılara iki müxtəlif batareya seçimi də təklif edilir.

Tata Sierra adı əvvəllər Hindistanda istehsal olunan üçqapılı çərçivəli yolsuzluq avtomobilinə məxsus idi. Yenidən təqdim edilən model isə daşıyıcı kuzova malik müasir krossoverdir.

Benzin və dizel mühərrikli Sierra ötən ilin sonunda debüt edib. Model atmosfer tipli 1,5 litrlik Revotron, 1,5 litrlik turbomühərrikli Hyperion və 1,5 litrlik Kryojet turbodizel mühərrikləri ilə təklif olunur. İndi isə bu ailəyə tam elektrikli Sierra EV də əlavə edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tata Sierra elektrik krossoveri tam ötürücü sistemlə satışa çıxarılıb — Fins.az — Fins.az