
Subaru Levorg Layback hibrid versiyada təqdim olunub
Fins.az - Subaru Yaponiya bazarında Levorg Layback kross-universalının hibrid versiyasını satışa çıxarıb.
Yeni Levorg Layback S:HEV iki komplektasiyada təqdim olunur. Bundan əlavə, model üçün bir neçə əlavə dizayn paketi də təklif edilir.
Yenilənmiş benzin mühərrikli Levorg və onun fərqli eksteryerə malik Levorg Layback versiyası iyunun əvvəlində təqdim edilmişdi. Həmin vaxt şirkət Layback modelinin hibrid modifikasiyasını da anons etmişdi.