
Stellantis və Jaguar Land Rover ABŞ-də birgə avtomobil istehsalını planlaşdırır
Fins.az - Stellantis və Jaguar Land Rover ABŞ-də uzunmüddətli əməkdaşlığa başlamaq niyyətində olduqlarını açıqlayıblar.
Məlumata görə, tərəflər yeni avtomobil modellərinin birgə hazırlanması imkanlarını nəzərdən keçirirlər. İstehsalın isə Stellantis-in ABŞ-də yerləşən zavodlarında təşkil olunması planlaşdırılır.
Bildirilir ki, bu əməkdaşlıq JLR-yə ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən tətbiq olunan yüksək idxal rüsumlarından yayınmağa imkan verə bilər.