Shangjie Z7 və Z7T modellərinə böyük maraq: ön sifarişlər rekord qırır

Shangjie Z7 və Z7T modellərinə böyük maraq: ön sifarişlər rekord qırır

AVTO
394

Fins.az - Çinin Shangjie markasına məxsus yeni elektrik modelləri — sedan Z7 və universal Z7T bazarda böyük maraqla qarşılanıb.

Porsche Taycan üslubunu xatırladan dizayna malik sedan yanvar ayında təqdim olunmuşdu. Martın əvvəlində isə modelin universal versiyası – Z7T də rəsmi şəkildə təsdiqlənib. Hər iki avtomobil tam elektrik mühərriki ilə təchiz olunub və həm arxa ötürücülü, həm də iki mühərrikli tam ötürücülü variantlarda təqdim edilir.

Modellər, həmçinin inkişaf etmiş avtopilot sistemi ilə təchiz olunub. Şirkət artıq ilkin qiymətləri açıqlayıb və ön sifarişlərin qəbuluna başlayıb, baxmayaraq ki, komplektasiyalar barədə tam məlumat hələ paylaşılmayıb.

Buna baxmayaraq, alıcı marağı kifayət qədər yüksək olub. Belə ki, sifarişlərin açılmasından cəmi üç saat sonra Shangjie Z7 və Z7T modelləri üçün 18 mindən çox müraciət qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Shangjie Z7 və Z7T modellərinə böyük maraq: ön sifarişlər rekord qırır — Fins.az — Fins.az