Rivian R2 modeli yeni versiyalarla genişlənə bilər

Rivian R2 modeli yeni versiyalarla genişlənə bilər

AVTO
409

Fins.az - ABŞ-ın elektromobil istehsalçısı Rivian yeni Rivian R2 modelinin əlavə versiyalarını hazırlayır. Qeyri-rəsmi məlumata görə, gələcək modifikasiyalar arasında “R2X” adlı variant da yer ala bilər.

Yeni versiyaların bazara çıxış tarixi hələ açıqlanmayıb.

Rivian şirkəti fəaliyyətə başladığı gündən yalnız elektromobil istehsalına fokuslanıb. Markanın ilk modelləri olan Rivian R1T pikapı və Rivian R1S yolsuzluq avtomobili 2018-ci ildə təqdim edilsə də, onların seriya istehsalına yalnız 2021-ci ildə start verilib.

Məlumata görə, ABŞ Prezidenti Donald Trumpın bu ilin əvvəlində yeni avtomobillər üçün əsas ekoloji məhdudiyyətləri ləğv etməsindən sonra ölkədə elektromobil bazarının perspektivləri ilə bağlı narahatlıqlar artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rivian R2 modeli yeni versiyalarla genişlənə bilər — Fins.az — Fins.az