Range Rover SV modelinin eksklüziv Ultra versiyası təqdim olunub

Range Rover SV modelinin eksklüziv Ultra versiyası təqdim olunub

AVTO
321

Fins.az - Britaniyanın Land Rover markası flaqman yolsuzluq avtomobili olan Range Rover SV üçün yeni eksklüziv Ultra versiyasını təqdim edib.

Yeni versiya modelin ən yüksək və ən lüks komplektasiyası hesab olunur. Range Rover SV Ultra həm güclü benzinli biturbo V8 mühərrik, həm də plug-in hibrid sistemlə təklif edilir. Gələcəkdə isə modelin tam elektrik versiyasının da təqdim olunacağı gözlənilir.

Range Rover modeli ilk dəfə 1970-ci ildə istehsala buraxılıb, hazırkı beşinci nəsil isə 2021-ci ildə təqdim olunub və 2022-ci ildən istehsal edilir. SV indeksli versiyalar isə modelin ən bahalı və eksklüziv modifikasiyaları sayılır.

Ultra versiyası yüksək səviyyəli komfort, fərdi dizayn elementləri və qabaqcıl texnologiyalarla seçilərək model sırasının zirvəsində yer alır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Range Rover SV modelinin eksklüziv Ultra versiyası təqdim olunub — Fins.az — Fins.az