Range Rover Sport-un 20 illiyinə xüsusi Twenty Edition təqdim edilib

Range Rover Sport-un 20 illiyinə xüsusi Twenty Edition təqdim edilib

AVTO
316

Fins.az - Britaniyanın Land Rover markası Range Rover Sport modelinin 20 illiyi münasibətilə xüsusi Twenty Edition versiyasını təqdim edib.

Yubiley versiyası texniki baxımdan standart SV komplektasiyasına əsaslansa da, əsas fərqlər dizayn və interyer detal­larında özünü göstərir. Model eksklüziv кузов rəngləri, xüsusi dekor elementləri və fərqləndirici nişanlarla təchiz olunub.

Range Rover Sport ilk dəfə 2005-ci ildə istehsal olunmağa başlayıb, hazırkı üçüncü nəsil isə 2022-ci ildə təqdim edilib. SV versiyası modelin ən yüksək səviyyəli modifikasiyası hesab olunur və əvvəlcə məhdud sayda Edition seriyaları ilə buraxılıb.

Yeni Twenty Edition isə modelin 20 illik tarixini qeyd etmək üçün hazırlanıb və həm xarici görünüşündə, həm də salonunda xüsusi detallarla seçilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Range Rover Sport-un 20 illiyinə xüsusi Twenty Edition təqdim edilib — Fins.az — Fins.az