Porsche klassik sportkarlar üçün müasir media sistemini təklif edir

Porsche klassik sportkarlar üçün müasir media sistemini təklif edir

AVTO
1,058

Porsche şirkəti keçən əsrin 60-90-cı illərində buraxılmış klassik 911 idman avtomobillərinin sahiblərinə müasir media sistemi və naviqasiyanı təklif edir. Kompleks Apple CarPlay tətbiqini dəstəkləyir və o dövrün modellərindəki kimi analoq düymələri ilə təchiz edilir.

Porsche Classic Communication Management sistemi iki versiyada - ölçüləri ilə fərqlənən DIN-1 və DIN-2 bölmələri üçün təklif edilir. Hər iki halda rəngli sensorlu ekran və rəqəmsal yayımı dəstəkləmək üçün DAB + və Bluetooth funksiyaları nəzərdə tutulub. Media sisteminin qiyməti, versiyadan asılı olaraq, 1439.89 avro və ya 1.606.51 avro olacaqdır

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Porsche klassik sportkarlar üçün müasir media sistemini təklif edir — Fins.az — Fins.az