Opel Leapmotor platformasında yeni ucuz krossover hazırlayır

Opel Leapmotor platformasında yeni ucuz krossover hazırlayır

AVTO
403

Fins.az - Opel şirkəti Çin istehsalçısı Leapmotor platforması əsasında yeni kompakt krossover hazırladığını rəsmi olaraq elan edib.

Model Stellantis konserninə daxil olan Opel tərəfindən istehsal olunacaq və 2028-ci ildə İspaniyanın Saragosa əyalətində yerləşən Figueruelas zavodunda konveyerdən çıxacaq.

Yeni krossover markanın Leapmotor texnologiyasına əsaslanan ilk modeli olacaq. Şirkət bu yanaşma ilə avtomobillərin qiymətini aşağı salmağı və daha kütləvi seqmentdə rəqabət gücünü artırmağı hədəfləyir.

Məlumata görə, Stellantis-in digər brendlərinin də gələcəkdə Leapmotor platformasına keçidi müzakirə olunur, lakin bu hələ ilkin mərhələdədir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Opel Leapmotor platformasında yeni ucuz krossover hazırlayır — Fins.az — Fins.az