Nissanın Rusiyadakı zavodu dövlət mülkiyyətinə - KEÇİR

Nissanın Rusiyadakı zavodu dövlət mülkiyyətinə - KEÇİR

AVTO
1,370

Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Sankt-Peterburqdakı “Nissan” zavodu və şirkətin Moskvadakı satış və marketinq mərkəzi Rusiyanın dövlət mülkiyyətinə keçəcək.

Fins.az Banker.az-a istinadən müqavilənin məbləği açıqlanmır. Nazirlik bildirib ki, müqaviləyə “Nissan Manufacturing Rus”un növbəti altı il ərzində həyata keçirilə biləcək payının geri alınması variantı da daxildir.

Bundan əvvəl, sentyabrın 12-də Sankt-Peterburqdakı Nissan zavodunda dayanma müddətinin 2022-ci ilin sonuna qədər uzadıldığı bildirilmişdi. Yaponiyanın “Nikkei Shimbun” qəzeti bu qərara səbəb kimi hissələrin Avropa və Yaponiyadan tədarükü ilə bağlı çətinlik olduğunu yazmışdı.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nissanın Rusiyadakı zavodu dövlət mülkiyyətinə - KEÇİR — Fins.az — Fins.az