
Nissan Juke-un üçüncü nəsli təqdim olunub: yeni platforma və elektrik versiya
Fins.az - Yapon istehsalçısı Nissan məşhur subkompakt krossoveri Juke modelinin üçüncü nəslini təqdim edib. Yeni nəsil model fərqli platforma və daha kəskin, “kubizm” üslubunda dizaynı ilə seçilir.
Avtomobilin tam elektrik versiyada təqdim olunacağı gözlənilir. Texniki baxımdan onun hazırkı Leaf modeli ilə oxşar sistemə malik olacağı ehtimal edilir. Yeni Juke-un istehsalı Böyük Britaniyanın Sanderlend şəhərində həyata keçiriləcək.
Model ilk dəfə 2010-cu ildə təqdim olunub və qeyri-adi dizaynı ilə bazarda diqqət çəkib. İkinci nəsil 2019-cu ildə çıxarılıb, 2024-cü ildə isə yenilənib. Avropada bu modelin ümumi satışları 1,5 milyon ədədə yaxınlaşıb.
Yeni nəsil Juke-un interyeri və texniki xüsusiyyətlərinin böyük hissəsi isə yaxın zamanda açıqlanacaq.