
MG gələcək MG2 hetçbekinin konsept modelini təqdim edib
Fins.az - Britaniyada keçirilən Goodwood Sürət Festivalı çərçivəsində MG markası gələcək MG2 hetçbekinin xəbərçisi hesab olunan MG GO! konsept avtomobilini təqdim edib.
Hazırda Çin şirkəti SAIC-in nəzarətində olan MG markasının bütün avtomobilləri Çində istehsal olunur. Şirkət 2028-ci ildən etibarən İspaniyanın Qalisiya bölgəsində yerləşəcək yeni zavodunda da avtomobil istehsalına başlamağı planlaşdırır.
Yeni konsept model MG-nin kompakt şəhər avtomobilləri seqmentində gələcək dizayn və texnologiya yanaşmasını nümayiş etdirir.