
Mansory Azura: Mercedes-AMG G 63 əsasında yeni üçqapılı lüks kabriolet
Fins.az - Almaniyanın Mansory şirkəti Mercedes-AMG G 63 modeli əsasında hazırladığı yeni eksklüziv kabrioletini təqdim edib. Yeni layihə “Azura” adlanır və üçqapılı dizaynla hazırlanıb.
Model Monte Karloda keçirilən Top Marques Monaco sərgisində nümayiş olunub.
Mansory son illərdə G-Class bazasında müxtəlif kabriolet layihələri təqdim edir. Bundan əvvəl şirkət beşqapılı “Speranza” və “Art Piece AL3C MONO907Y” kimi xüsusi versiyalar göstərmişdi.
Yeni Azura isə əvvəlkilərdən fərqli olaraq üçqapılı kuzova malikdir, lakin standart təkər bazasını qoruyur və daha eksklüziv dizayn elementləri ilə fərqlənir.