Leapmotor D99 miniveni satışa çıxarılıb

Leapmotor D99 miniveni satışa çıxarılıb

AVTO
205

Fins.az - Çinin Leapmotor şirkəti ilk miniveni olan D99 modelini rəsmi olaraq satışa çıxarıb.

Yeni model zəngin avadanlıq səviyyəsi və rəqabətqabiliyyətli qiymətləri ilə təqdim olunub.

Leapmotor D99 ilk dəfə 2025-ci ilin sonunda anons edilmiş, bu ilin may ayında isə salonunun dizaynı nümayiş etdirilmişdi. İndi isə şirkət avtomobilin tam təqdimatını keçirərək qiymətləri açıqlayıb və satışlara start verib.

Miniven iki versiyada təklif olunur: plug-in hibrid və tam elektrikli. Hər iki modifikasiya standart olaraq tam ötürücü sistemi ilə təchiz edilir.

Şirkət həmçinin D99 üçün müxtəlif əlavə funksiyalar təqdim edib. Onlardan biri də açıq havada istirahət və balıqçılıq üçün nəzərdə tutulmuş qatlanan oturacaqdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Leapmotor D99 miniveni satışa çıxarılıb — Fins.az — Fins.az