
Land Rover Discovery üçün yeni Landmark versiyası təqdim olunub
Fins.az - Land Rover Discovery model ailəsi yeni Landmark versiyası ilə genişləndirilib.
Yeni komplektasiya model sıralamasında əsas S versiyası ilə Tempest variantı arasında yer alır. Onun Böyük Britaniyada satış qiyməti 75 860 funt sterlinq təşkil edir.
Land Rover Discovery ilk dəfə 1989-cu ildə təqdim olunub. Hazırkı, beşinci nəsil model 2016-cı ildə debüt edib və 2020-ci ildə yenilənib.
2024-cü ildə Discovery-nin altıncı nəsli ilə bağlı məlumatlar yayılsa da, şirkət hələlik yeni model barədə rəsmi açıqlama verməyib. Yeni nəsil avtomobilin əvvəlkilərdən fərqli dizayna malik olacağı və ənənəvi yolsuzluq avtomobilindən daha çox minivenə bənzəyəcəyi gözlənilir. Hələlik modelin sınaq prototipləri də ictimaiyyətə göstərilməyib.