Kriptovalyuta yaradıcısı "Tesla"nın rəhbərini "fırıldaqçı" adlandırdı

Kriptovalyuta yaradıcısı "Tesla"nın rəhbərini "fırıldaqçı" adlandırdı

AVTO
784

“Dogecoin” kriptovalyutasının yaradıcılarından biri Cekson Palmer “Tesla” və “Space X” kimi şirkətlərin sahibi İlon Maskı “özünəvurğun fırıldaqçı” adlandırıb.

Bu barədə “Business Insider” məlumat yayıb.

Məlumata görə, Palmer bu sözləri “Twitter” hesabında yazıb və öncədən bir saat sonra siləcəyini də bildirib.

“Xatırladıram ki, İlon Mask hər zaman özünəvurğun fırıldaqçı olub və belə də qalacaq. Daha deməyə bir sözüm yoxdur. Sakit yaşamaq istəyirəm”,  -deyə o qeyd edib.

Məlumat üçün bildirək ki, Cekson Palmer “Dogecoin” kriptovalyutasını 2013-cü ildə digər proqramçı Billi Markusla birlikdə yaradıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kriptovalyuta yaradıcısı "Tesla"nın rəhbərini "fırıldaqçı" adlandırdı — Fins.az — Fins.az