Kia-dan ailələr üçün yeni Carens: 7 yerlik salon və premium texnologiyalar

Kia-dan ailələr üçün yeni Carens: 7 yerlik salon və premium texnologiyalar

AVTO
136

Fins.azKia Azərbaycan 2005-ci ildən Cənubi Koreyanın ilk avtomobil istehsalçısı olan Kia korporasiyasının Azərbaycandakı rəsmi distribütoru kimi fəaliyyət göstərir. Şirkət müştərilərinə yeni Kia Carens modelini təqdim edir.

Şirkətin məlumatına görə, yeni Kia Carens modeli 42 900 manatdan başlayan qiymətlə təklif olunur və avtomobilə 5 il və ya 150 000 km zəmanət verilir.

Bildirilir ki, model 6 hava yastığı, 12,3 düymlük sensorlu HD displey və BOSE Premium səs sistemi ilə təchiz edilib.

Avtomobilin eksteryer dizaynında “Ulduz xəritəsi” konsepsiyasında hazırlanmış LED optika, LED arxa fənərlər, mat xrom arxa qoruyucu örtük, 17 düymlük ikirəngli xəlitə disklər və Kia-nın “Pələng təbəssümü” korporativ radiator barmaqlığı diqqət çəkir.

İnteryer hissəsində isə geniş 7 yerlik salon, lyuk, arxa sərnişinlər üçün yığılan masa və soyudulan stəkanaltılar yer alır. Şirkət qeyd edir ki, avtomobilin salonunda hər bir detal sürücü və sərnişinlər üçün maksimum rahatlıq təmin etmək məqsədilə hazırlanıb.

Təhlükəsizlik baxımından yeni Kia Carens modeli Gizli zonalarda toqquşmadan qoruma assistenti (BCA), 6 ədəd hava yastığı, İntellektual kruiz-kontrol (SCC), Hərəkət zolağına nəzarət sistemi (LKA) və Arxa toqquşmadan yayınma sistemi (RCCA) ilə təchiz olunub. BCA sistemi gizli zonadakı nəqliyyat vasitələrini aşkarlayaraq təhlükəli zolaq dəyişmə cəhdi zamanı avtomobilin hərəkət zolağında qalmasına kömək edir.

Texnoloji imkanlara gəlincə, modeldə ön və arxa parklama sensorları, panoramik displey, 360 dərəcə görüntü kameraları (SVM), ön oturacaqların ventilyasiyası və smartfonun naqilsiz şarjı funksiyaları təqdim edilir.

Şirkətin məlumatına əsasən, parklama sensorları avtomobil maneələrə yaxınlaşdıqda sürücünü xəbərdar edir, ətrafdakı obyektlərlə məsafəni müəyyənləşdirərək toqquşma riskini azaldır və dar məkanlarda, eləcə də manevr zamanı parklamanı daha təhlükəsiz və rahat edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kia-dan ailələr üçün yeni Carens: 7 yerlik salon və premium texnologiyalar — Fins.az — Fins.az