Hyundai Çində Ioniq subbrendini işə salır

Hyundai Çində Ioniq subbrendini işə salır

AVTO
406

Fins.az - Hyundai şirkəti Çin bazarında mövqelərini gücləndirmək məqsədilə Ioniq subbrendini rəsmi olaraq işə salıb. Yeni strategiya çərçivəsində şirkət qlobal modellərdən fərqli olaraq, məhz Çin bazarı üçün xüsusi dizayn və adlandırma sisteminə malik avtomobillər təqdim edəcək.

Çin üçün nəzərdə tutulan Ioniq xəttinə yalnız elektromobillər deyil, həm də plug-in hibrid modellər daxil olacaq. İlk modellərin xəbərçisi kimi Venus adlı sedan və Earth adlı krossover konseptləri təqdim edilib.

Hyundai Çin bazarına 2002-ci ildə BAIC ilə birgə yaratdığı Beijing Hyundai vasitəsilə daxil olub. 2011–2016-cı illərdə şirkətin satışları illik 1 milyon avtomobili keçsə də, sonrakı illərdə yerli istehsalçıların güclənməsi və geosiyasi amillər səbəbindən satışlar azalmağa başlayıb.

2021-ci ildə isə Beijing Hyundai öz zavodlarından birini Çin şirkəti Li Auto-ya satıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hyundai Çində Ioniq subbrendini işə salır — Fins.az — Fins.az