
Honda Super-One Yaponiya və Böyük Britaniya bazarına çıxır
Fins.az - Yaponiyanın Honda şirkəti yeni kompakt elektrik avtomobili Super-One modelini Yaponiya və Böyük Britaniya bazarlarına təqdim etməyə hazırlaşır. Böyük Britaniyada model Super-N adı ilə satışa çıxarılacaq və qiymətinin 20 min funt sterlinqdən yüksək olmayacağı gözlənilir.
Modelin əsası 2012-ci ildə təqdim olunan Honda N-One kei-car platformasına dayanır. Bu avtomobil isə öz növbəsində 1967–1972-ci illərdə istehsal edilmiş klassik Honda N360 modelindən ilham alıb.
N-One modelinin ikinci nəsli 2020-ci ildə təqdim edilib, onun tam elektrik versiyası olan Honda N-One e: isə 2025-ci ilin iyulunda debüt edib. Yeni Super-One modeli də məhz bu elektrik platformasının inkişaf etdirilmiş variantı kimi qiymətləndirilir.
Kompakt ölçüləri və əlverişli qiyməti ilə seçilən modelin şəhər mühitində istifadə üçün nəzərdə tutulduğu bildirilir.