Honda son 70 ilə yaxın dövrdə ilk dəfə əməliyyat zərəri açıqlayıb

Honda son 70 ilə yaxın dövrdə ilk dəfə əməliyyat zərəri açıqlayıb

AVTO
460

Fins.az - Honda Motor Co. 2026 maliyyə ilinin yekunlarına əsasən son təxminən 70 ildə ilk dəfə əməliyyat zərəri qeydə alıb.

Martın 31-də başa çatan hesabat dövründə şirkətin əməliyyat zərəri 414,3 milyard yen (təxminən 2,6 milyard dollar) təşkil edib. Ötən maliyyə ilində isə Honda 1,2 trilyon yen əməliyyat mənfəəti əldə etmişdi.

Şirkət zərərin əsas səbəbi kimi elektromobil strategiyasının yenidən nəzərdən keçirilməsi ilə bağlı böyük həcmli silinmələri göstərib.

Bundan əlavə, Honda-nın xalis zərəri 423,9 milyard yen olub. Halbuki əvvəlki ildə şirkət 835,8 milyard yen həcmində xalis mənfəət açıqlamışdı.

Analitiklər Honda üçün daha az — təxminən 315,6 milyard yen həcmində əməliyyat zərəri proqnozlaşdırırdılar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Honda son 70 ilə yaxın dövrdə ilk dəfə əməliyyat zərəri açıqlayıb — Fins.az — Fins.az