Honda Prelude modelinin idman versiyası təqdim oluna bilər

Honda Prelude modelinin idman versiyası təqdim oluna bilər

AVTO
413

Fins.az - Honda Prelude modelinin idman versiyasını təqdim edə bilər. Lakin şirkət avtomobil üçün yeni texniki qurğu hazırlamağı planlaşdırmır.

Məlumata görə, modelin “Type R” əlavəli tam “yüklənmiş” versiyası istehsal olunmayacaq. Bununla belə, azarkeşlər şirkətin yarış bölməsi olan HRC tərəfindən hazırlanacaq xüsusi versiyaya ümid edə bilərlər.

Honda Prelude modeli 1978–2001-ci illərdə istehsal olunub. Avtomobilin sonuncu – beşinci nəsli 1996-cı ildə təqdim edilib, 1999-cu ildə isə yenilənib.

Uzun fasilədən sonra şirkət Prelude adını yenidən bazara qaytarmaq qərarı verib. Yeni model üçqapılı hetçbek formasında hazırlanıb, baxmayaraq ki, şirkət onu kupe kimi təqdim edir.

Seriya istehsalı olan yeni Honda Prelude 2025-ci ilin payızının əvvəlində nümayiş etdirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Honda Prelude modelinin idman versiyası təqdim oluna bilər — Fins.az — Fins.az