
Haval Raptor Plus: uzunlaşdırılmış və zənginləşdirilmiş krossover
Fins.az - Haval markası tam ötürməli parкетnikinin Plus versiyasını satışa çıxarmağa hazırlaşır. Yeni modifikasiya ön hissədə fərqli dizayna və genişləndirilmiş avadanlıq siyahısına sahibdir.
Hibrid krossover Raptor Plus (digər adıyla Menglong Plus) modeli üçün salon təqdim olunub və onun texniki imkanları açıqlanıb. Plus versiyası “sadə” Raptor-un uzunlaşdırılmış variantıdır və artıq ailədə üçüncü modifikasiya kimi çıxış edir. Bu SUV, qısa hibrid və benzinlə işləyən versiyalarla dizayn və ölçü baxımından fərqlənir.
Raptor Plus həm ölçü, həm də avadanlıq baxımından ailədə ən zəngin model olacaq.