Geely Galaxy Starshine 6: Yeni nəsil plug-in hibrid sedan yüksək texnologiyalarla təchiz edilib

Geely Galaxy Starshine 6: Yeni nəsil plug-in hibrid sedan yüksək texnologiyalarla təchiz edilib

AVTO
176

Fins.azGeely avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olan “Rich Motors” MMC yaxın zamanda ölkə bazarına yeni Geely Galaxy Starshine 6 modelini təqdim edəcək.

Şirkətin məlumatına görə, sedan kuzovlu plug-in hibrid avtomobil 2026-cı il buraxılışlıdır və xaricdən gətirilir. Model 1,5 litrlik mühərrik və 270 at gücü hasil edən hibrid güc qurğusu ilə təchiz olunub. Avtomobil avtomatik DHT sürətlər qutusu və ön ötürücü sistemi ilə təklif olunur.

Bildirilib ki, Geely Galaxy Starshine 6 tamamilə yeni avtomobildir, yürüşü 0 kilometrdir, vuruğu yoxdur və rənglənməyib. Model rəsmi diler bazarı üçün istehsal olunub.

Rəsmi zəmanət və kredit imkanları

“Rich Motors” qeyd edir ki, Geely avtomobillərinin rəsmi idxalçısı kimi müştərilərə 4 il və ya 100 min kilometr rəsmi zəmanət təqdim olunur.

Bundan əlavə, avtomobil üçün illik 12 faiz olmaqla 60 aya qədər eksklüziv kredit şərtləri də mövcuddur.

Texniki göstəricilər

Geely Galaxy Starshine 6 modelinin ölçüləri 4806x1886x1490 mm təşkil edir.

Atmosfer tipli mühərriklə təchiz olunan avtomobil Aİ-92 markalı benzinlə işləyir. Plug-in hibrid sistem sayəsində avtomobil yalnız elektrik enerjisi ilə 125 kilometr, ümumi olaraq isə 1800 kilometrədək məsafə qət edə bilir.

Modelin əsas texniki göstəriciləri aşağıdakılardır:

  • Mühərrik: 1,5 litr, 270 at gücü;

  • Sürətlənmə: 0-100 km/saat – 7 saniyə;

  • Maksimal sürət: 180 km/saat;

  • Orta yanacaq sərfiyyatı: 2,9 litr/100 km;

  • Yanacaq çəninin həcmi: 52 litr;

  • Batareyanın tutumu: 17 kVs.

Komfort və multimedia imkanları

Avtomobil sükanın 4 istiqamətdə mexaniki tənzimlənməsi, açarsız daxilolma sistemi, lyuk, LED işıqlandırma, işıq sensoru və intellektual uzaq işıq sistemi (IHBC) ilə təchiz olunub.

Modeldə həmçinin 14,6 düymlük multimedia ekranı, 6 dinamikli audio sistemi, 10,25 düymlük rəqəmsal cihazlar paneli, sürücü oturacağının 6 istiqamətdə elektron tənzimlənməsi, ön oturacaqların qızdırılması və avtomatik klimat-kontrol sistemi yer alıb.

Bundan başqa, avtomobil 50W gücündə naqilsiz enerji doldurma paneli, 540 dərəcə görüntü kamerası və arxa parklanma sensorları ilə təklif olunur.

Təhlükəsizlik sistemləri

Geely Galaxy Starshine 6 müasir təhlükəsizlik və sürücüyə yardım sistemləri ilə təchiz edilib. Bunlara adaptiv kruiz-kontrol (ACC), magistral yolda idarəetmə köməkçisi (HWA), yol nişanlarının tanınması sistemi (TSR), yoxuşa qalxma köməkçisi (HAC), enişə nəzarət sistemi (HDC), avtomatik qəzaəleyhinə əyləc sistemi (AEB), zolaqdan çıxma xəbərdarlığı (LDW) və zolaqda saxlama assistenti (LKA) daxildir.

Modeldə həmçinin ABS+EBD, elektron sabitləşdirmə sistemi (ESC), əyləc assistenti (HBA), dartı qüvvəsinə nəzarət sistemi (TCS), eləcə də sürücü və ön sərnişin üçün ön, yan və pərdə tipli olmaqla 6 hava yastığı mövcuddur.

Geely Galaxy Starshine 6 modelinin Azərbaycanda satış qiymətinin təxminən 38 900 manat olacağı bildirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Geely Galaxy Starshine 6: Yeni nəsil plug-in hibrid sedan yüksək texnologiyalarla təchiz edilib — Fins.az — Fins.az