Ford F-150 Raptor əsasında hazırlanan Rezvani Fortress təqdim edilib

Ford F-150 Raptor əsasında hazırlanan Rezvani Fortress təqdim edilib

AVTO
146

Fins.az - ABŞ-nin Rezvani Motors şirkəti yeni Fortress pikap modelini təqdim edib.

Model Ford F-150 Raptor bazasında hazırlanıb və görünüşü ilə zirehli hərbi avtomobili xatırladır.

Standart versiya əsasən aqressiv dizaynı və xüsusi görünüşü ilə seçilir. Əlavə ödəniş müqabilində isə avtomobili zirehlə, təhlükəsizlik sistemləri ilə və ekstremal şəraitdə istifadə üçün nəzərdə tutulmuş müxtəlif avadanlıqlarla təchiz etmək mümkündür.

İstehsalçı bildirir ki, model həm yüksək keçid qabiliyyəti, həm də təhlükəsizlik imkanları ilə fərqlənir.

Fortress adı ingilis dilindən tərcümədə “qala” mənasını verir və avtomobilin konsepsiyasını əks etdirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ford F-150 Raptor əsasında hazırlanan Rezvani Fortress təqdim edilib — Fins.az — Fins.az