Ford elektrik yük maşınları istehsal edəcək

Ford elektrik yük maşınları istehsal edəcək

AVTO
1,292

Ford, 5,6 milyard dollarlıq investisiya ilə həyata keçirdiyi BlueOval City fabrikində elektrik yük maşınları istehsal edəcəyini açıqlayıb. 

Fins.az ''Bloomberg''-ə istinadən xəbər verir ki, ildə 500 min elektrikli avtomobil istehsal gücünə malik olan fabrikdə çıxan ilk vasitə 2025-ci ildə Project T3 kod adlı yeni nəsil elektrik yük maşını olacaq.

Gələcək elektrikli avtomobil və akkumulyator istehsalının mərkəzi olan və 2026-cı ilin sonunda 2 milyon elektrikli avtomobil ili hədəfinin əsas komponenti olan BlueOval City-nin tikintisinə keçən payızda başlanılıb.

Zəminə Hüseyn
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ford elektrik yük maşınları istehsal edəcək — Fins.az — Fins.az