Esteo Rusiya bazarına yeni V27 krossoverini çıxarmağa hazırlaşır

Esteo Rusiya bazarına yeni V27 krossoverini çıxarmağa hazırlaşır

AVTO
200

Fins.az - Esteo markası Rusiya bazarında V27 indeksli yeni krossoverini təqdim etməyə hazırlaşır.

Model V seriyasının ilk avtomobili olacaq və ardıcıl hibrid güc qurğusu ilə təchiz ediləcək.

Məlumata görə, avtomobilin istehsalı Rusiyanın «AGR» holdinqinə məxsus zavodlardan birində təşkil olunacaq. Esteo markası rusiyalı «AGR» holdinqi ilə Çinin Defetoo şirkətinin tərəfdaşlığı çərçivəsində yaradılıb.

V27 modeli ilk dəfə 2025-ci ilin yayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində nümayiş etdirilib. Həmin ilin payızında avtomobil Çində iCar markası altında təqdim olunub. Xarici bazarlar üçün isə iCAUR adı seçilmişdi və modelin Rusiyada da bu adla satışa çıxarılması planlaşdırılırdı.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Esteo Rusiya bazarına yeni V27 krossoverini çıxarmağa hazırlaşır — Fins.az — Fins.az