
Esteo MX üçün Rusiyada ön sifarişlərə start verilib
Fins.az - Rusiyada yeni Esteo MX krossoveri üçün rəsmi ön sifarişlərin qəbulu başlanıb. Eyni zamanda modelin tam qiymət siyahısı da açıqlanıb.
Esteo markası Rusiyanın AGR holdinqi ilə Çinin Defetoo şirkətinin birgə layihəsi çərçivəsində yaradılıb. Brend müxtəlif seqmentlərdə avtomobillərin satışını həyata keçirməyi planlaşdırır.
Şirkət bundan əvvəl Esteo V27 yolsuzluq avtomobili üçün ön sifarişlərə start vermişdi. İndi isə model sırasına may ayında anons edilən Esteo MX şəhər tipli orta ölçülü krossover də əlavə olunub.