DİQQƏT! Təkərlərin yerini dəyişməklə onların ömrünü uzatmaq mümkündür

DİQQƏT! Təkərlərin yerini dəyişməklə onların ömrünü uzatmaq mümkündür

AVTO
620

Təkərlərin yerlərini niyə dəyişməliyik? Bu çox sadədir. Avtomobildəki fərqli təkərlər müxtəlif yüklərə məruz qalır ki, bu da öz növbəsində təkərlərin aşınma dərəcəsində fərqli köhnəlmələrə səbəb olur.

Məsələn, ön təkərlər ümumi ağırlığın əsas hissəsini tutur. Çünki avtomobillərin böyük əksəriyyətində ağır mühərrik ön tərəfdədir. Əyləc zamanı yük daha da artdığına görə ağırlığın 80 faizi onların üzərinə düşür. Həmçinin ön təkərlər daim dönür. Bu da onların daha tez aşınmasına təsir göstərir.

Ön və arxa təkərlərin aşınma quruluşu fərqlidir. Ön tərəfdə protektor kənarları, arxa təkərlərdə isə orta hissəsini itirir. Təkərlərin vaxtında fırlanması bu aşınmanı bərabər paylaşdırmağa imkan verəcək. Belə ki, arxa təkərlər yan divarlarda, ön təkərlər isə orta hissədən aşınacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
DİQQƏT! Təkərlərin yerini dəyişməklə onların ömrünü uzatmaq mümkündür — Fins.az — Fins.az